TələbəPlus
Tələbələrin təhsil və sosial həyatını daha əlçatan, rahat və imkanlı etmək məqsədilə yaradılmış genişmiqyaslı layihədir. Layihə Təhsilin İnkişafı Fondu, Kapital Bank və Visa şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir.
TələbəPlus vahid sistem üzərindən ölkə üzrə ali təhsil müəssisələrinin tələbələrini eyni güzəşt və üstünlüklərlə təmin edir. Layihənin əsas məqsədi tələbələrin maliyyə yükünü azaltmaq, onların gündəlik xərclərini daha sərfəli etmək və sosial rifahına töhfə verməkdir.
TələbəPlus kartı çoxfunksiyalı həll olaraq tələbələrə:
- universitetə giriş-çıxış imkanı,
- təqaüd və debet bank kartı funksiyası,
- müxtəlif sahələr üzrə endirim və keşbek üstünlükləri
təqdim edir.
Bu gün layihə 500-dən çox yerli və beynəlxalq tərəfdaşı bir araya gətirərək geniş güzəşt ekosistemi formalaşdırıb. Tədris müəssisələri, ictimai iaşə obyektləri, geyim və kitab mağazaları, tibb müəssisələri, əyləncə məkanları və digər xidmət sahələrində tələbələr üçün xüsusi imkanlar yaradılıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində muzey, qalereya və sərgi salonlarında da tələbələr üçün xüsusi güzəştlər tətbiq edilir. Eyni zamanda Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası və Azərbaycan Nəşriyyatları Assosiasiyası ilə imzalanmış əməkdaşlıqlar layihənin əhatə dairəsini daha da genişləndirir.
Hazırda 30+ universitet üzrə 200 000-dən çox tələbə TələbəPlus kartından istifadə edir və layihə davamlı olaraq inkişaf etdirilir.