“Tələbə Plus” nədir?
“Tələbə Plus” tələbələr üçün nəzərdə tutulmuş çoxfunksiyalı kart və mobil tətbiqdir. Kart debet, təqaüd və universitetə giriş-çıxış funksiyalarını birləşdirir, həmçinin müxtəlif məkanlarda endirim və keşbek imkanı yaradır.
Kartdan kimlər istifadə edə bilər?
Layihəyə qoşulmuş universitetlərin aktiv tələbələri “Tələbə Plus” kartını əldə edib istifadə edə bilərlər.
Kart hansı funksiyalara malikdir?
Kart debet kartı kimi ödəniş üçün, təqaüdün köçürülməsi üçün və universitetə gündəlik giriş-çıxış üçün istifadə olunur.
Endirimlər hansı sahələri əhatə edir?
Supermarketlər, kafe və restoranlar, geyim və aksesuar mağazaları, parfumeriya və elektronika dükanları, təhsil və səhiyyə mərkəzləri, onlayn platformalar və əyləncə məkanları.
Keşbek necə işləyir?
Tərəfdaş obyektlərdə edilən alış-veriş zamanı müəyyən faiz geri qaytarılır və bu məbləğ kart balansına əlavə olunur (şərtlərə uyğun olaraq).
“Tələbə Plus” tətbiqi nə üçündür?
Mobil tətbiq vasitəsilə mövcud endirimləri görmək, tərəfdaşları tapmaq və yeniliklərdən xəbərdar olmaq mümkündür.
Kartla onlayn ödəniş etmək mümkündürmü?
Bəli, kart debet funksiyasına malik olduğu üçün onlayn və POS-terminal ödənişlərində istifadə edilə bilər.
Kartı itirdikdə nə etməliyəm?
Dərhal bankla əlaqə saxlayaraq kartı bloklamaq və yenisini sifariş etmək lazımdır.